CNN: “ABŞ Kubadakı iflasını təkrarlaya bilər”

      CNN:    “ABŞ Kubadakı iflasını təkrarlaya bilər”
  18 Noyabr 2025    Oxunub:710
Birləşmiş Ştatlar Venesuelada narkotik ticarətini məqsədyönlü zərbələrlə dayandıra bilməyəcək. Amerika qoşunları üçün quru əməliyyatı isə logistik baxımdan praktiki qeyri-mümkün olacaq və 1961-ci ildə Kubaya desant enişinin iflasını təkrarlamaq riski ilə üzləşəcək.
AzVision.az xəbər verir ki, Amerikanın “CNN” telekanalının iddiasına görə, əgər ABŞ-nin nəzərdə tutduğu hərbi əməliyyatın məqsədi ölkəyə narkotik axınını dayandırmaqdırsa, bunu yalnız nöqtəvari zərbələrlə əldə etmək çətin olacaq.

“Venesuela narkotik ticarətinin mərkəzi deyil: marşrut qonşu Kolumbiyadan başlayır və Meksika-ABŞ sərhədində bitir. Venesuela problemin mərkəzi deyil, yalnız onda bir hissəsidir. Belə zərbələr yalnız müvəqqəti olaraq narkotik vasitələrin daşınmasını dayandıra bilər, lakin ölən kuryerlərin yerinə Kolumbiya, Ekvador və ya Boliviyadan həmişə yoxsul və imkansız gənclər olacaq”, - telekanal vurğulayır.

Tramp: “Qətiyyətli addımlar atmağa hazıram”
Bölgədə cəmi 15 min Amerika əsgərinin cəmləşdiyini nəzərə alan “CNN” quru əməliyyatını “logistik intihar” adlandırır.

Telekanalın fikrincə, 30 milyona yaxın düşmən əhalisi olan ölkəyə məhdud kontingentin müdaxiləsi 1961-ci ildə Kubanın Donuzlar körfəzinə desant enişinin uğursuzluğunu təkrarlaya bilər.

Bundan başqa, Venesuelanın potensial müdaxiləyə qarşı hazırlaşmaq üçün kifayət qədər vaxtı olub. Ona görə də, ABŞ bir zərbə ilə əsas müdafiə nöqtələrini məhv edə bilməyəcək.

Xatırladaq ki, bundan əvvəl Donlad Tramp narkotik kartelləri ilə mübarizə və ABŞ-yə narkotik axınını azaltmaq üçün Meksika ərazisinə zərbə endirmək məsələsində qətiyyətli olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Venesuela   Kuba  



Xəbər lenti