Onun sözlərinə görə, Çinin turizm bazarı dünyada əhəmiyyətli yerə malikdir. Belə ki, bu ölkədən digər ölkələrə hər il 2 milyard turist səfərə yollanır.
"Çin Ziyarətçiləri Sammiti bu ölkənin beynəlxalq səyahətləri üzrə dünyanın aparıcı seminarıdır. Sammit 2008-ci ildən bəri müxtəlif ölkələrdə keçirilir. Sammitin bu gün Azərbaycanda keçirilməsinə görə xoşbəxtik. Burada Çin və Tayvandan 50-dən çox tur operatoru iştirak edir. Bu, Azərbaycanda fəaliyyət göstərən turizm təşkilatları ilə bu ölkəyə xüsusilə maraq göstərən Çin turizm sənayesinin nümayəndələri arasında əyani görüş üçün gözəl bir fürsətdir. Azərbaycanda ilə Çinin bu sahədə əlaqələri daha da irəliyə aparması istiqamətində böyük potensial mövcuddur", – direktor söyləyib.

Aleksander Glos diqqətə çatdırıb ki, adıçəkilən şirkət Azərbaycanda yerli turizm təşkilatları, o cümlədən Dövlət Turizm Agentliyi ilə "networking" layihələrini müxtəlif aspektlərdən qiymətləndirir:
"Ümidvarıq ki, bu layihələr uğurla reallaşacaq, yaxın gələcəkdə Azərbaycan Çin üçün əsas turizm istiqamətlərindən birinə çevriləcək".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


