Moskva vilayətində dəhşətli qətl törədilib
“Hadisədə uşağın anası və ögey atası şübhəli bilinir: kişi bir neçə gün əvvəl ögey oğlunu bıçaqlayaraq öldürüb, sonra başını kəsərək meyiti eyvanda gizlədib. Uşağın itkin düşməsi barədə polisə nənəsi məlumat verib”, - Rusiya Telegram-kanalları bildirir.
“Kanal 112” xəbər verir ki, uşağın anası 31 yaşlı Yelena Ts. kuryer və satıcı işləyir, onun çoxsaylı mikrokredit borcu var. İddialara görə, Yelena həmçinin uşağın qətlinə kömək edib,
oğlanın başını kürək çantasında gizlədib və onu Qolyanovski gölünün yaxınlığında qoyub.
Lakin Yelenanın anası qızının belə bir şeyə qadir olduğunu təkzib edir. Onun sözlərinə görə, Yelena oğlunu heç vaxt tək qoymayıb və həmişə rəfiqəsinin onunla qalmasını xahiş edib.
Uşağın cəsədinin qalıqlarının olduğu çanta noyabrın 16-da səhər saatlarında gölməçədə təmir işləri aparan işçilər tərəfindən tapılıb. Dalğıclar gün ərzində gölməçədə axtarış apararaq, digər bədən hissələrini tapmağa çalışsalar da, onların cəhdləri nəticəsiz qalıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


