Rubionun müavini İrəvana gəlib

Rubionun müavini İrəvana gəlib
  17 Noyabr 2025    Oxunub:1016
ABŞ-nin Dövlət katibi Marko Rubionun müavini Elison Huker Ermənistanda səfərdədir.
AzVision.az Ermənistan mediasına istinadən xəbər verir ki, Huker bu səfərdə ölkə rəhbərliyi ilə Tramp Marşrutu Təşəbbüsünü (TRIPP) və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etmək niyyətindədir.

Trampın oğlu Ermənistana gəlməyəcək
ABŞ Dövlət katibinin müavini İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan, Xarici İşlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanla görüşəcək.

Xatırladaq ki, ötən həftə Amerika lideri Donald Trampın oğlu Donald Tramp amerikalı jurnalist Taker Karlsonun şousunda “bu ölkədə kilsəyə hücum” mövzusu müzakirə olunduqdan sonra Ermənistana planlaşdırılan səfərini ləğv edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Elison   Ermənistan   səfər  



Xəbər lenti