Göygölün icra başçısı kollektivə təqdim olunub

Göygölün icra başçısı kollektivə təqdim olunub
  14 Noyabr 2025    Oxunub:1024
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Vahid oğlu Novruzov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
AzVision.az xəbər verir ki, Zeynal Nağdəliyev təqdimatda çıxış edərək, dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb. V.Novruzov ona göstərilən etimada görə minnətdarlıq edib.

AzVision.az


Teqlər:



Xəbər lenti