Türkiyədə C-130 təyyarələrinin uçuşu dayandırılıb

Türkiyədə C-130 təyyarələrinin uçuşu dayandırılıb
  13 Noyabr 2025    Oxunub:765
Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinin ixtiyarında olan C-130 hərbi-nəqliyyat təyyarələrinin uçuşlarının dayandırıldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu qərar Gürcüstanda 20 hərbçinin ölümünə səbəb olan qəza ilə əlaqədar qəbul edilib.

Nazirlik bildirib ki, təyyarənin texniki vəziyyəti tam təhlil edildikdən sonra onlar Türkiyə Silahlı Qüvvələri tərəfindən yenidən istifadə edilə biləcək. Qəza zamanı C-130 təyyarəsində heç bir sursatın olmadığını, yalnız hərbi personal və təyyarənin texniki xidmət avadanlıqlarının olduğunu qeyd edib.

Müdafiə Nazirliyi, həmçinin qəzaya uğrayan təyyarənin tədarükü məsələsinə aydınlıq gətirərək qeyd edib ki, sözügedən C-130 təyyarəsi Səudiyyə Ərəbistanından 2012-ci il yanvarın 21-də alınıb və texniki yoxlamadan keçdikdən sonra 2014-cü ildə istifadəyə verilib.

Sonrakı illərdə təyyarə modernləşdirilib və vaxtaşırı texniki yoxlamalar aparılıb. Bundan əlavə, təyyarə sonuncu dəfə 11 sentyabr - 12 oktyabr 2025-ci il tarixləri arasında yoxlanılıb.

Təyyarənin “qara qutu”sunun Türkiyəyə çatdırılması ilə bağlı Türkiyə Müdafiə Nazirliyi qeydiyyat aparatının məlumatların təhlili üçün Ankarada olduğunu bildirib.

AzVision.az


Teqlər: Türkiyə   təyyarəqəzası  



Xəbər lenti