Ukraynadakı qalmaqal kimə sərf edir?

   Ukraynadakı qalmaqal kimə sərf edir?
  13 Noyabr 2025    Oxunub:1057
Ukraynanın enerji sektorundakı korrupsiya qalmaqalından narahatlığını bildirən Avropa İttifaqının (Aİ) fikrincə, Kiyevin düşmənləri vəziyyətdən öz məqsədləri üçün sui-istifadə edə bilərlər.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, avropalı diplomatlardan birinin sözlərinə görə, “narahatlıq doğuran” bu vəziyyət həm də siyasi cəhətdən toksikdir.

“Ukraynaya qarşı çıxanlar bundan öz xeyirlərinə istifadə etməyə çalışacaqlar”, - Viktor Orbanın rəhbərliyi altındakı Macarıstan hökumətinə eyham vuran diplomat deyib.

Ukraynada korrupsiya qalmaqalı qızışır
Eyni zamanda, diplomatın fikrincə, bu epizod bir daha təsdiqləyir ki, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə Ukraynanın Aİ-yə daxil olması üçün əsas prinsiplər kimi qalır.

- Budapeşt iddia edə bilər ki, bu, fundamental məsələlər üzrə danışıqların birinci raundunun qarşısını almağa haqq qazandırır, amma reallıqda vəziyyət əksinədir. Belə ki, danışıqların açılması bizə Ukraynadakı proseslərin gedişatını izləmək üçün alətlər verəcək”, - avropalı diplomat söyləyib.

“Politico” nəşrinin yazdığına görə, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Varşavada Ukrayna-Aİ İnvestisiya Konfransının açılışı zamanı son qalmaqalın araşdırılmasını müzakirə edəcək. Bu məqam istintaq faktının özünün Ukraynanın antikorrupsiya institutlarının effektivliyini nümayiş etdirir və Kiyevin operativ reaksiyasının “ümidverici əlamət” olduğunu vurğulayır.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) “Enerqoatom” Milli Atom Enerjisi istehsalçışı şirkətində böyük korrupsiya sxemi ilə bağlı keçirdiyi “Midas” əməliyyatının nəticələrini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   qalmaqal    



Xəbər lenti