Bloomberg: “Tramp Putinlə bir şərtlə görüşməyə razıdır”
“Hər iki tərəf razılaşdı ki, prezidentlərimiz arasında növbəti görüş konkret nəticə verməlidir. Biz bilməliyik ki, müsbət nəsə əldə etmək üçün real şans var”, - Rubio bildirib.
Onun sözlərinə görə, Vaşinqton “görüşmək xatirinə” görüşlər keçirmək istəmir.
Xatırladaq ki, oktyabrda ABŞ prezidenti Donald Tramp telefon danışığından sonra Rusiya prezidenti Vladimir Putinlə yeni sammit keçirmək niyyətində olduğunu bildirsə də, görüş baş tutmadı.
Eyni zamanda, Ukraynaya hücumları davam etdirən Moskva sürətli dialoq gözləntilərini azaldıb.
ABŞ prezidenti Donald Tramp isə, Rusiyaya sanksiya təzyiqlərini artıraraq, onun ən böyük neft şirkətlərinə məhdudiyyətlər qoyub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


