Fransada fermerlər etiraz aksiyasına başlayıblar
Kənd təsərrüfatı üzrə həmkarlar ittifaqının (FNSEA) rəhbərləri Emmanuel Makronu sözünə əməl etməməkdə günahlandırıblar.
İlk dəfə olaraq FNSEA ilə yanaşı, A64 magistralının blokadası ilə tanınan “Ultra fermer qrupu” da etiraza qoşulub. Qrupun lideri Jeroı Bele Cənubi Amerikadan ucuz qiymətə gətirilən ət məhsullarının Fransa bazarına vuracağı zərər barədə xəbərdarlıq edib.
Fermerlərin tələbləri təkcə “Mercosur” razılaşması ilə məhdudlaşmır. Onlar gəlirlərin azalması, istehsal xərclərinin artması ilə bağlı narazılıqlarını bildiriblər.
Fermer təşkilatlarının nümayəndələri ölkə Prezidenti ilə görüşə ümid etdiklərini deyiblər.
Onlar diqqətə çatdırıblar ki, Makron “Mercosur” sazişini qəbul etsə, ölkə miqyaslı aksiyalar keçirəcəklər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


