Kəlbəcərin İstisu qəsəbəsi layihələndiriləcək

   Kəlbəcərin İstisu qəsəbəsi layihələndiriləcək
  12 Noyabr 2025    Oxunub:713
Kəlbəcər rayonunun İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılır.
AzVision.az xəbər verir ki, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, dövlət xidməti sözügedən işlərin icrasını "Kooplayihə-AHB" firmasına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 836 620 manat ödənilib.

İstisu qəsəbəsini layihələndirəcək şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 min manat olan şirkətin qanuni təmsilçisi Xəlilov Hüseyn Artıx oğludur.

AzVision.az



Teqlər:



Xəbər lenti