Paşinyan: “İrəvana əvvəllər niyə sialh satılmırdı?”

      Paşinyan:    “İrəvana əvvəllər niyə sialh satılmırdı?”
  12 Noyabr 2025    Oxunub:746
Bundan əvvəl Ermənistana silah satışı ölkədən kənarda istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlara görə rədd edilirdi.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə belə deyib.

“Niyə biz bu silahları əvvəllər yox, indi əldə edə bilərik? Ən əsası odur ki, bizim strategiyalarımız indi legitimliyə əsaslanır. Onda bizə açıq deyirdilər ki, bütün hörmətlə yanaşmağımıza baxmayaraq, onlar bizə silah sata bilməzlər. Çünki bizim suveren ərazimizdən kənarda bu silahlardan istifadə etməyəcəyimizə, yəni bizim beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz olmayan ərazilərdə yerləşdirməyəcəyimizə zəmanət yoxdur”, - Paşinyan vurğulayıb.

Ermənistanın baş naziri həmçinin jurnalistləri mediada işıqlandırılmadan yeni alınmış silahları yoxlamağa dəvət etməyə hazır olduğunu bildirib.

Əslində, bu bəyanatla Nikol Paşinyan Ermənistanın təcavüzkar siyasətdən əl götürdüyünü, İrəvana silah satan ölkələrin isə buna əmin olduğuna işarə edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   silah   satış  



Xəbər lenti