Trampın oğlu Ermənistana gəlməyəcək

   Trampın oğlu Ermənistana gəlməyəcək
  12 Noyabr 2025    Oxunub:929
Amerika lideri Donald Trampın oğlu Donald Tramp amerikalı jurnalist Taker Karlsonun şousunda “bu ölkədə kilsəyə hücum” mövzusu müzakirə olunduqdan sonra Ermənistana planlaşdırılan səfərini ləğv edib.
AzVision.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, ABŞ prezidentinin oğlu İrəvana noyabrın 12-də gəlməli idi, lakin bir gün əvvəl səfərin baş tutmayacağı məlum olub.

“Oğul Trampın qərarı “Taşir Kapital” şirkətinin baş direktoru Narek Karapetyanın Taker Karlsona müsahibəsi ilə əlaqələndirilir. Veriliş ABŞ-də geniş müzakirələrə səbəb olub. Mənbələrin iddiasına görə, bundan sonra oğul Donald Tramp Ermənistan hökumət rəsmiləri ilə görüşləri və səfəri tamamilə ləğv edib”, - qəzet yazır.

Trampın oğlu Ermənistana nəyə gəlir?
Xatırladaq ki, 10 gün əvvəl Ermənistan mediası oğul Donald Trampın Amerika biznesinin “TRİPP Marşrutu”nun (Zəngəzur dəhlizi) tikintisində iştirakının hüquqi rəsmiləşdirilməsi və sonradan bu nəqliyyat arteriyasının idarə olunması ilə bağlı İrəvana səfərə gələcəyini yazmışdı.

Xəbərdə, həmçinin oğul Donald Trampın şirkətlərindən biri ilə erməni tərəfi arasında pilotsuz uçuş aparatlarının tədarükü üçün böyük müqavilənin hazırlanması mövzusunun da müzakirə ediləcəyi də bildirilirdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   oğul-Tramp   Ermənistan  



Xəbər lenti