Ukraynada korrupsiya qalmaqalı qızışır

Ukraynada korrupsiya qalmaqalı qızışır
  12 Noyabr 2025    Oxunub:1208
Ukrayna hökuməti “Enerqoatom”la bağlı korrupsiya qalmaqalı fonunda German Qaluşenkonu Ədliyyə naziri vəzifəsindən kənarlaşdırıb.
xəbər verir ki, Ukraynanın baş naziri Yuliya Sviridenko bununla bağlı öz Telegram-kanalında paylaşım edib.

Qərar hökumətin növbədənkənar iclasında qəbul olunub. Ədliyyə naziri vəzifəsini müvəqqəti olaraq Avropaya İnteqrasiya nazirinin müavini Lyudmila Suqak icra edəcək.
German Qaluşenko isə bəyan edib ki, nazirlər kabinetinin qərarı ilə razıdır və “vəzifədən yapışmayıb”.

- İstintaqın aparıldığı müddətdə vəzifədən kənarlaşdırımağı sivil və düzgün addım sayıram. Özümü qanuni yolla müdafiə və mövqeyimi sübut edəcəyəm”, - Qaluşenko öz “Facebook” səhifəsində yazıb.

Bundan əvvəl Ukrayna mediası ölkənin korrupsiya ilə mübarizə orqanlarının “Energoatom” şirkətinin mənimsəmə işinin səkkiz iştirakçısına, o cümlədən enerji obyektlərini Rusiyanın mümkün hücumlarından qorumaq üçün obyektin tikintisi üzrə işlərə dair rəsmi ittiham irəli sürdüyünü bildirib.

Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və Korrupsiyaya Qarşı Mübarizə üzrə Xüsusi Prokurorluq (SAPO) “Enerqoatom”dakı mənimsəmələrə görə keçmiş baş nazirin müavini Aleksey Çernışovdan və prezident Vladimir Zelenskinin əvvəllər işlədiyi “Kvartal 95” studiyasının həmsahibi Timur Mindiçdən şübhələnir.


SAPO-nun prokuroru Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində bildirmişdi ki, istintaqa sxem iştirakçıları arasında indiki Ədliyyə naziri, əvvəl isə keçmiş Energetika naziri olmuş German Qaluşenko da daxildir. Lakin hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib.
Səkkiz şübhəlidən beşi artıq saxlanılıb və məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib. Mindiç də daxil olmaqla iki nəfər Ukraynadan qaçıb, Çernışov isə hələ də saxlanılmayıb.

NABU-nun məlumatına görə, korrupsiya sxeminin iştirakçıları “Enerqoatom” şirkətinin özəl podratçılarla bağladığı müqavilələrdən təqribən 100 milyon dollar oğurlayıblar. Müstəntiqlərin iddiasına görə, baş nazirin keçmiş müavini Aleksey Çernışov 1,2 milyon dollardan çox və təxminən 100 min avro nağd pul alıb.

Bununla bağlı Ukrayna hökuməti noyabrın 11-də “Enerqoatom”un Müşahidə Şurasını vaxtından əvvəl ləğv edib.

- Şura şirkəti idarə etmək, o cümlədən menecerləri təyin etmək səlahiyyətinə malikdir və onun hərəkətlərinə görə məsuliyyət daşımalıdır”, - Ukraynanın baş naziri Yuliya Svırıdenko öz Telegram-kanalında vurğulayıb.

Sahil İsgəndərov


Teqlər: Ukrayna   Enerqoatom   korrupsiya  



Xəbər lenti