Fransa Fələstin Konstitusiyasının yazılmasında iştirak edəcək

   Fransa Fələstin Konstitusiyasının yazılmasında iştirak edəcək
  12 Noyabr 2025    Oxunub:786
Fransa prezidenti Emmanuel Makron və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Fələstin dövlətinin Konstitusiya layihəsini hazırlamaq üçün birgə komitənin yaradıldığını elan ediblər.
AzVision.az Fransanın “BFMTV” telekanalına istinadən xəbər verir ki, Mahmud Abbası Yelisey sarayında qəbul eən Emmanuel Makron yeni Konstitusiya layihəsi üzərində işin Fələstin dövlətinin yaradılması üçün bütün şəraitin yaradılmasına yönəldiləcəyini deyib.

“Komitə konstitusiya, institusional və təşkilati aspektlər də daxil olmaqla, bütün hüquqi aspektlərlə məşğul olacaq. Mahmud Abbas mənə Konstitusiya layihəsini təqdim edib”, - Fransa prezidenti bildirib.

Fələstin Milli Administrasiyasının rəhbəri dərhal birgə komitənin işinə başlamağa hazır olduğunu vurğulayaraq, HƏMAS-ın tərksilahını nəzərdə tutan “Qəzza zolağında atəşkəsin ikinci mərhələsinə keçiddən bir il sonra” baş tuta biləcək seçkilər də daxil olmaqla islahatları həyata keçirmək niyyətini təsdiqləyib.

Bununla əlaqədar Makron bildirib ki, “Fransa HƏMAS-ın Qəzzaya nəzarəti bərpa etməsini görmək istəmir”. Fransa lideri Fələstin qrupunun “demilitarizasiyasına və ləğvi” nə çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fələstin   Fransa   Konsitusiya  



Xəbər lenti