ABŞ təyyarədaşıyan gəmisini Latın Amerika sahillərinə göndərib

ABŞ təyyarədaşıyan gəmisini Latın Amerika sahillərinə göndərib
  11 Noyabr 2025    Oxunub:364
ABŞ “The Gerald Ford” təyyarədaşıyan gəmisini Latın Amerika sahillərinə göndərib.
AzVision.az xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi “Reuters”ə məlumat verib.

ABŞ rəsmiləri gəminin dəqiq yeri barədə detalları açıqlamayıblar.

Qeyd olunur ki, artıq regionda ABŞ-yə məxsus 8 döyüş gəmisi, nüvə silahı daşıya bilən sualtı gəmi və F-35 qırıcısı fəaliyyət göstərir.

Son dövrlərdə rəsmi Vaşinqtonun Venesuela və Kolumbiya ilə münasibətlərində gərginlik müşahidə olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti