XİN-dən Türkiyəyə başsağlığı

XİN-dən Türkiyəyə başsağlığı
  11 Noyabr 2025    Oxunub:746
Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəza törətməsi ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.
Nazirlikdən AzVision.az -a verilən məlumata əsasən, başsağlığında deyilir:

"Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır".

AzVision.az


Teqlər: XİN   Türkiyə   başsağlığı  



Xəbər lenti