Almaniya Kiyevə 13 milyard dollar yardım ayıracaq

Almaniya Kiyevə 13 milyard dollar yardım ayıracaq
  11 Noyabr 2025    Oxunub:872
Almaniya hökuməti gələn il Ukraynaya maliyyə dəstəyi çərçivəsində 11,5 milyard avro (13,4 milyard dollar) vəsait ayırmağı planlaşdırır.
Bu barədə Britaniyanın "Reuters" xəbər agentliyi müvafiq büdcə sənədlərinə istinadən xəbər yayıb. Bildirilib ki, bu, Berlinin Kiyevə yardımı artırması deməkdir. Hökumətin 2026-cı il üzrə ilkin büdcə hesabatında bu yardımın məbləği 8,5 milyard avro göstərilmişdi.

Agentlik vurğulayır ki, Almaniya Ukraynanın Avropada ən böyük hərbi yardım təchizatçısıdır. 2022-ci ildə fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Berlin bu ölkəyə təqribən 40 milyard avro yardım ayırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Ukrayna   yardım   vəsait  



Xəbər lenti