Senat "şatdaun"un dayanmasına dair qanunu təsdiqləyib

   Senat "şatdaun"un dayanmasına dair qanunu təsdiqləyib
  11 Noyabr 2025    Oxunub:995
ABŞ Senatı bağlanmış hökumətin (şatdaun) yenidən fəaliyyətə başlamasına imkan yaradan qanun layihəsini yekun səsvermədə təsdiqləyib.
Britaniyanın "BBC" telekanalı rəsmi mənbələrə istinadən xəbər yayıb ki, qanun layihəsini 60 senator dəstəkləyib, 40 nəfər isə əleyhinə səs verib. Qanun hökumətin bağlandığı dövrdə məzuniyyətə göndərilmiş dövlət məmurlarının maaşlarının ödənilməsini və 2026-cı maliyyə ilinin sonunadək ərzaq talonlarının maliyyələşdirilməsini nəzərdə tutur.

Hazırda Senatda təsdiqlənən layihə sabah səsvermə üçün Nümayəndələr Palatasına göndəriləcək.

Xatırladaq ki, oktyabrın 1-də ABŞ federal hökuməti qismən "bağlanıb". Bu – şatdaun respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib. 40 günlük şatdaun ölkə üzrə bütün sahələrə öz mənfi təsirini göstərib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   şatdaun   qanun   layihə  



Xəbər lenti