Slovakiyada qatar toqquşması: xəsarət alanlar var

   Slovakiyada qatar toqquşması:    xəsarət alanlar var
  10 Noyabr 2025    Oxunub:939
Slovakiyanın qərbində iki sərnişin qatarının toqquşması nəticəsində onlarla insan xəsarət alıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində ölən olmayıb, 11 nəfər xəstəxanaya aparılıb. Qalan zərərçəkənlər yalnız yüngül qançırlar və xəsarətlər alıblar.

“Zərərçəkənlərin tezliklə sağalmasını arzulayır və gördükləri işlərə görə xilasedici xidmətlərə təşəkkürümü bildirirəmedirəm”, - qəzanı şərh edən Slovakiya prezidenti Peter Pelleqrini deyib.

Qəzanın ölkənin paytaxtın Bratislavadan təxminən 20 km şimalda, Sveti-Yur və Penzinok şəhərləri arasındakı ərazidə baş verdiyi bildirilir.

Koşitsadan Bratislavaya gedən “Tatran 620” qatarı Nitradan Bratislavaya doğru hərəkət edən “REX1814” qatarı ilə toqquşub. Qatarlarda ümumilikdə təxminən 800 sərnişin olub.

Polisin məlumatına görə, qatarlar arasında baş-başa toqquşma və relsdən çıxma baş verməyib. “Reuters” agentliyi bir qatarın digərinin arxasına çırpıldığını yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Slovakiya   qatar   qəza  



Xəbər lenti