Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib
  08 Noyabr 2025    Oxunub:585
Boliviyanın yeni seçilmiş Prezidenti Rodriqo Pas dövlət başçısı kimi and içib.
AzVision.az xəbər verir ki, andiçmə mərasimi “Boliviya TV” telekanalında yayımlanıb.

Tədbirdə Argentina Prezidenti Xavyer Miley, Paraqvay Prezidenti Santyaqo Penya, Uruqvay Prezidenti Yamandu Orsi, Çili Prezidenti Qabriel Boriç və Ekvador Prezidenti Daniel Noboa iştirak ediblər. Həmçinin vitse-prezident Edmand Lara da and içib.

Xatırladaq ki, Rodriqo Pas oktyabrın 19-da keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək dövlət başçısı seçilib. Bu nəticə ilə keçmiş prezidentlər Evo Morales (2006–2019) və Luis Arsenin (2020–2025) təmsil olunduqları “Sosializmə Doğru Hərəkat” Partiyasının təxminən 20 illik hakimiyyətinə son qoyulub.

1989–1993-cü illərdə Boliviyaya rəhbərlik etmiş keçmiş prezident Xayme Pas Samoranın oğlu olan Rodriqo Pas “hamı üçün kapitalizm” şüarı ilə islahatlar aparacağını vəd edib. O, vergi gəlirlərinin regionlar və bələdiyyələr arasında yenidən bölüşdürülməsini, iqtisadiyyatın mərkəzsizləşdirilməsini, mövcud kredit proqramlarının davam etdirilməsini və kiçik, orta sahibkarlığın inkişafı üçün vergi güzəştlərinin tətbiqini təklif edir.

AzVision.az



Teqlər:



Xəbər lenti