Ebola Türkiyəyə çatdı

Ebola Türkiyəyə çatdı
  12 Avqust 2014    Oxunub:2627
Atatürk adına İstanbul Hava Limanında xarici turistlərdən birində Ebola virusu aşkarlanıb.
Bu barədə AzVision.az “Hürriyet” qəzetinə istinadən xəbər verir.

Virus aşkarlanan şəxsin Nigeriya vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, “Ebola” ölümcül virusdur. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil.

Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti