Bloomberg: “Türkiyə S-400-lərdən imtina etməyəcək”
“Türkiyə rəsmiləri S-400 sistemlərinin davamlı istifadəsində güzəştə getməyə hazır olduqlarını bildiriblər. Lakin Ankara Vaşinqtonun Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin istifadəsindən tamamilə imtina tələbini rədd edib”, - agentlik yazır.
Mənbələrin sözlərinə görə, Türkiyə hakimiyyəti bu sistemlərin istifadəsinə nəzarət üçün “birgə hərbi mexanizm”in yaradılmasını müzakirə etməyə hazırdır.
Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd divizion S-400 HHM sistemləri alıb. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” bu sistemlərin tədarükü üçün müqavilənin tam şəkildə yerinə yetirildiyini elan edib.
S-400-lərin alay dəstinin tədarükü ilə bağlı razılaşmadan sonra Türkiyə Amerikanın yeni nəsil F-35 qırıcı təyyarələrinin hazırlanması proqramından kənarlaşdırılb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


