İsrailli nazir yəhudiləri Nyu-Yorkdan çıxmağa çağırıb
- Bir vaxtlar ümumbəşəri azadlığı simvolizə edən şəhər hakimiyyətin açarlarını 25 il əvvəl Nyu-Yorkun 3 min sakinini qətlə yetirmiş cihadçı fanatiklərin mövqeyindən o qədər də uzaq olmayan HƏMAS tərəfdarına təhvil verdi”, – Amihay Şikli özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun fikrincə, Nyu-York bir daha heç vaxt əvvəlki kimi olmayacaq, xüsusən də onun yəhudi icması üçün. Buna görə də onun nümayəndələri İsrail torpağını özlərinə yeni evi etmək barədə ciddi düşünməlidirlər.
“Nyu-York gözləri açıq şəkildə Londonun qərq olduğu uçuruma gedir”, - israilli nazir vurğulayıb.
Hazırda Nyu-Yorkda təxminən 1,3 milyon yəhudi yaşayır. Bu, İsraildən kənarda dünyanın ən böyük yəhudi icmasıdır. Məmdaninin hazırkı İsrail hökumətini “aparteid rejimi”, Qəzzadakı müharibəni isə “soyqırım” adlandırdığı bildirilir. Bununla belə, Nyu-Yirkun yeni merinin HƏMAS haqqında heç bir şərhi yoxdur.
İsrailin Milli Təhlükəsizlik naziri və ifrat sağçı “Otsma Yehudit (Yəhudi Gücü)” partiyasının lideri İtamar Ben-Qvir də Amihay Şiklinin Zöhran Mamdani ilə bağlı iddialarına şərik çıxıb.
- Antisemitizm sağlam düşüncə üzərində qələbə çalıb. HƏMAS tərəfdarı olan Məmdani isə İsrailin düşməni və bədnam antisemitdir”, - “AFP” agentliyi Ben-Qvirin bəyanatından sitat gətirir.
Xatırladaq ki, amerikalı demokratların nümayəndəsi müsəlman Zöhran Məmdani noybarın 4-də Nyu-York şəhərinin meri seçkilərində qalib gəlib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Şikli Məmdani yəhudilər







Vaxtında, Aydın, Lazımlı!


