Filippində "Kalmaeqi" tayfunu nəticəsində ölənlərin sayı 110-u keçib

Filippində "Kalmaeqi" tayfunu nəticəsində ölənlərin sayı 110-u keçib
  05 Noyabr 2025    Oxunub:401
Filippində baş verən dağıdıcı "Kalmaeqi" tayfunu nəticəsində 110-dan çox insan həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə "The Philippine Star" qəzeti xəbər verib.

Məlumata əsasən, fəlakət nəticəsində ən azı 111 nəfər həlak olub, əksəriyyəti eyni adlı adada yerləşən mərkəzi Sebu əyalətindədir. Bildirilib ki, əyalət "görünməmiş" daşqınlarla üzləşib, su axınları avtomobilləri və çay kənarındakı daxmaları aparıb. Ölənlərin sayı arta bilər.

Xilasedicilərin verdiyi məlumata əsasən, ən təhlükəli ərazilərdən təxminən 800 min insan təxliyə edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti