Nyu-Yorkda ilk dəfə müsəlman mer seçilib
Beləliklə, sözügedən postda Erik Adamsı əvəzləyən Zohran Məmdani Nyu-York şəhərinin 1892-ci ildən bəri ən gənc, habelə ilk müsəlman rəhbəri kimi tarixə düşüb. O, 2026-cı ilin 1 yanvarında rəsmi surətdə öz vəzifəsinə başlayacaq. Onun şəhərlə əlaqədar vədləri arasında mənzil kirayələrini dondurmaq, pulsuz avtobus nəqliyyatı proqramı başlatmaq, yenitipli ərzaq mağazaları açmaq və s. təşəbbüslər var.
Zohran Mamdani 1991-ci ildə Uqandada dünyaya gəlib. Valideynləri hinddir; atası müsəlmandır. Zohran 7 yaşında ikən ailəsi ABŞ-yə köçüb. O, Bronks Elm Liseyini və Boudin Kollecini bitirib. 2015-ci ildən etibarən siyasi fəaliyyətə başlayıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Nyu-York mer müsəlman







Vaxtında, Aydın, Lazımlı!


