ABŞ-nin keçmiş vitse-prezidenti öldü

ABŞ-nin keçmiş vitse-prezidenti öldü
  04 Noyabr 2025    Oxunub:471
ABŞ-nin keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.

AzVision.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Ceyk Şerman məlumat yayıb.

"ABŞ-ın 46-cı vitse-prezidenti Riçard Dik Çeyni 3 noyabr 2025-ci il tarixində vəfat etdi. Keçmiş vitse-prezident pnevmoniya və ürək xəstəliyindən qaynaqlanan ağırlaşmalardan ölüb", - Şerman bildirib.

Qeyd edək ki, Dik Çeyni 2001-2009-cu illərdə Corc Buş administrasiyasında ABŞ-ın vitse-prezidenti olub.

AzVision.az



Teqlər:



Xəbər lenti