Hakan Fidan Finlandiyaya gedir

Hakan Fidan Finlandiyaya gedir
  04 Noyabr 2025    Oxunub:800
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Finlandiyaya səfərə yollanacaq.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, o, ikigünlük səfər çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen, habelə parlamentin sədri Yussi Halla-aho ilə görüşəcək. Nazirin Finlandiya parlamentində Ankara-Helsinki əməkdaşlığı mövzusunda çıxışı da gözlənilir.

Hakan Fidan keçirəcəyi görüşlərdə iki ölkə arasında əməkdaşlığın bir sıra istiqaməti, o cümlədən ticarət, investisiya və müdafiə sənayesi sahələri üzrə məsələlər ətrafında müzakirələr aparacaq, əlaqələrin daha da artırılmasının və şaxələndirilməsinin vacibliyini vurğulayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Finlandiya   nazir   səfər   görüş  



Xəbər lenti