Rusiya Brejnev dövrünün “rekord”unu təzələyib
2025-ci ilin ilk on ayında Rusiyanın “Qazprom” şirkəti avropalı müştərilərə cəmi 14,7 milyard kubmetr qaz tədarük edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45% azdır.
“Belə aşağı hacmdə ixrac həcmləri SSRİ-nin Avropaya ilk dəfə təbii qaz tədarük etməyə başladığı 1970-ci illərin əvvəllərindəki rəqəmlərlə müqayisə oluna bilər. 1975-ci ildə Avropa ölkələrinə 19,3 milyard kubmetr qaz ixrac olunmuşdu. 1980-ci ildə isə “boruların müqabilində qaz” müqaviləsi həyata keçirildikdən və Almaniya ilə böyük müqavilə bağlandıqdan sonra tədarük 54,8 milyard kubmetrə qədər artmışdı”, - ekspertlər vurğulayırlar.
Xatırladaq ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilədən əvvəl boru kəməri ilə Rusiyanın Avropaya qaz ixracı ildə təxminən 200 milyard kubmetrə çatırdı, lakin o vaxtdan bəri bu rəqəm 12 dəfədən çox azalıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


