Rusiyadan kimlər və hansı məhsulları alır?

Rusiyadan kimlər və hansı məhsulları alır?
  04 Noyabr 2025    Oxunub:782
Ümumrusiya Dövlət İctimai Rəyin Öyrənilməsi analitik mərkəzi (VSİOM) Rusiyanın ixrac potensialına dair araşdırmanın nəticələrini açıqlayıb.
AzVision.az xəbər verir ki, hesabata əsasən, postsovet məkanında ən çox tələb olunan Rusiya mallarının sırasında ərzaq məhsulları yer alır. Qazaxıstan və Qırğızıstanla birlikdə onların əsas istehlakçıları Ermənistan və Azərbaycandır ki, burada sakinlərin yarıdan çoxu son iki-üç ildə Rusiya istehsalı olan ərzaq məhsulları alıb - müvafiq qaydada 62% və 59%.

Qazaxıstan (50%), Tacikistan və Ermənistanın (hər biri 43%) sakinləri, eləcə də yerli yüngül sənayenin inkişafına baxmayaraq, Belarus (35%) digərlərindən daha çox rus brendlərinin paltarlarına üstünlük verirlər.

Rusiyadan gələn tikinti materiallarına daha çox tələbat Qırğızıstanda (57%) və Azərbaycanda (32%) qeydə alınıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   məhsullar   alış  



Xəbər lenti