NATO təyyarələri Estoniya səmasında təlimlərə başlayır

NATO təyyarələri Estoniya səmasında təlimlərə başlayır
  03 Noyabr 2025    Oxunub:399
Noyabrın 3-dən 9-dək NATO qırıcıları Estoniya hava məkanında bir sıra təlim uçuşları keçirəcək.
AzVision.az "Postimees" nəşrinə istinadən xəbər verir ki, manevrlərin bir hissəsi aşağı hündürlükdə, lakin 152 metrdən az olmayan səviyyələrdə yerinə yetiriləcək. Təlimlər zamanı səsdən sürətli uçuşların da həyata keçirilməsi planlaşdırılır.

Bildirilib ki, bütün uçuşlar Estoniya Mülki Aviasiya İdarəsi ilə razılaşdırılıb və hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən edilmiş yüksəkliklərdə icra olunacaq.

Qeyd edək ki, bundan əvvəl Şimali Atlantika Alyansının çoxmillətli briqadasının noyabrın 2-dən 10-dək Latviyada “Qətiyyətli döyüşçü” adlı hərbi təlim keçirməsi planlaşdırıldığı açıqlanmışdı.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın göstərişindən sonra nüvə başlığı daşımağa qadir olan Minuteman III tipli qitələrarası ballistik raketin ilk sınağına hazırlıq işlərinə başlanılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti