Gürcüstan erməni deputatları məzəmmət edib

   Gürcüstan erməni deputatları məzəmmət edib
  03 Noyabr 2025    Oxunub:941
Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avronest Parlament Assambleyasının (PA) Gürcüstanla bağlı qətnaməsini imzalayanlar arasında erməni deputatların da olmasından təəssüfləndiyini bildirib.
AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Nino Tsilosani sənədi imzalayan erməni deputatların bununla öz baş nazirlərinə etimad göstərmədiklərini deyib.

“Gürcüstan hökumətinin qeyri-legitim olduğunu bildirən qətnaməni dəstəkləməklə erməni deputatlar faktiki olaraq baş nazirlərinə etimadsızlıqlarını ifadə ediblər. Çünki Ermənistanın baş naziri Gürcüstana rəsmi və işgüzar səfərlər edib və xalqın seçdiyi hökumətlə görüşlər keçirib”, - gürcü parlamentari vurğulayıb.

O, Avronest PA-nın İrəvanda keçirilən sonuncu plenar sessiyasında qəbul edilən qətnamənin mənasız və məzmunsuz olduğunu diqqətə çatdırıb.

Daha əvvəl bildirilmişdi ki, sənəddə Gürcüstanda ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkiləri “saxta” , hökumət isə “özünü elan etmiş” qurum kimi qiymətləndirilir. Buna cavab olaraq Gürcüstan nümayəndə heyəti Avronest Parlament Assambleyasının gələcək sessiyalarında iştirakdan imtina etdiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   Ermənistan   Avronest  



Xəbər lenti