Trampın oğlu Ermənistana nəyə gəlir?

Trampın oğlu Ermənistana nəyə gəlir?
  03 Noyabr 2025    Oxunub:958
ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın noyabrın 12-də Ermənistana səfər edəcəyi gözlənilir.
AzVision.az Ermənistan mediasına istinadən xəbər verir ki, səfər iki əsas mövzunun müzakirəsini nəzərdə tutur.

Birinci məqam Amerika biznesinin “TRİPP Marşrutu”nun (Zəngəzur dəhlizi) tikintisində iştirakının hüquqi rəsmiləşdirilməsinə və sonradan bu nəqliyyat arteriyasının idarə olunmasına aiddir.

Amerikalılar “Tramp marşrutu”na görə İrəvana gələcəklər
İkinci mövzu isə oğul Donald Trampın şirkətlərindən biri ilə erməni tərəfi arasında pilotsuz uçuş aparatlarının tədarükü üçün böyük müqavilənin hazırlanması ilə bağlıdır.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılması barədə birgə bəyannamə imzalayıblar.

Ağ Ev rəhbərinin təşəbbüsü ilə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanıdırlıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   oğul   Ermənistan  



Xəbər lenti