SEPAH Haniyənin necə öldüyünü açıqlayıb

   SEPAH Haniyənin necə öldüyünü açıqlayıb
  03 Noyabr 2025    Oxunub:744
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən il Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyənin qətlində daxili xəyanət ehtimalını istisna edib.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini Haniyənin çarpayısının altına partlayıcı qurğu qoyulması ilə bağlı versiyanı təkzib edib.

“Haniyə telefonla danışarkən raket zərbəsi nəticəsində öldürülüb. Haniyənin öldürülməsinin SEPAH daxilində xəyanət və ya təxribatla əlaqəsi yoxdur. HƏMAS liderinin telefonundan gələn siqnallar onun yerinin koordinatlarını müəyyən etməyə imkan verdi, bundan sonra o, raketlə vuruldu”, - Naini deyib.

HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü
Onun sözlərinə görə, Haniyə Qətərdə və ya Tehran küçələrində öldürülə bilərdi. Lakin hadisənin SEPAH-ın mehmanxanasında baş verməsi bu hərbi birləşmənin nüfuzunu sarsıtmaq məqsədi daşıyırdı.

Xatırladaq ki, HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyə 2024-cü il iyulun 31-də Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   SEPAH   Haniyə   ölüm  



Xəbər lenti