Paşinyan sovet təbliğatını ifşa edib

Paşinyan sovet təbliğatını ifşa edib
  03 Noyabr 2025    Oxunub:1028
Ermənilərlə azərbaycanlıların bir-biri haqqında formalaşmış təsəvvürləri sovet təbliğatının təsiri altında formalaşmışdı.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri belə bəyanatla çıxış edib.

- Biz “Türk heç vaxt dəyişmir” deyəndə, Türkiyədə də ermənilər barədə eyni şeyi deyirlər. “Biz Azərbaycana necə güvənə bilərik?” sualını verəndə ermənilər haqqında orada da eyni şeyi deyirlər. “Biz tarixdən heç nə öyrənməmişik” deyəndə, onalr da “ermənilərlə sülh istəyirsənsə, deməli, tarixdən heç nə öyrənməmişsən” ifadəsini işlədirlər”, - Nikol Paşinyan vurğulayıb.

Ermənistanın baş nazirinin sözlərinə görə, erməni cəmiyyəti SSRİ Dövlət Təhlükəsilik Komitəsinin (DTX) casuslarının onlar üçün formalaşdırdığı dünyagörüşündən azad olmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   təbliğat   ifşa  



Xəbər lenti