Türkiyədə kimi əsas təhlükə sayırlar?

Türkiyədə kimi əsas təhlükə sayırlar?
  31 Oktyabr 2025    Oxunub:1128
Türkiyə Sosial Araşdırmalar İnstitutunun sentyabr ayında keçirdiyi sorğuya əsasən, vətəndaşların 63%-i ölkələrinin “xarici qüvvə tərəfindən təhdid edildiyini” düşünür.
AzVision.az xəbər verir ki, ilk dəfə ABŞ-ni ötən İsrail “əsas təhlükə mənbəyi” adlandırılıb. Bu, Qəzzadakı müharibə, Suriya münaqişəsi və ABŞ-nin kürd terror qruplaşmaları ilə bağlı mövqeyinə əsaslanan qənaətdir.

“Karar” qəzetinin dərc etdiyi araşdırmanın nəticələrinə görə, respondentlərin 30,4%-nin ən çox xatırlatdığı xarici təhlükə mücərrəd “xarici qüvvələr” olaraq qalır. İsrail 10%, ABŞ isə 4,2% birbaşa təhlükə kimi göstərilib.

“İsrail “beynəlxalq hüququ pozan” dövlət kimi qəbul olunur. Bu fikir xüsusilə iqtidar və millətçi partiyaların tərəfdarları arasında üstünlük təşkil edir, lakin müxalifət seçiciləri arasında da xeyli artıb”, - araşdırmada vurğulanır.

Cümhuriyyət Xalq Partiyasının (CHP) düşərgəsində bu gündəmi dəstəkləyənlərin sayı təxminən üç dəfə artıb – iyun ayındakı 10 faizlə müqayisədə 34,7 faiz.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   İsrail   ABŞ  



Xəbər lenti