Simonyan “ittifaq dövləti” təklifini lağa qoyub

Simonyan “ittifaq dövləti” təklifini lağa qoyub
  31 Oktyabr 2025    Oxunub:1031
Ermənistan hakimiyyətinin siyasi opponentləri yoxdur
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında belə deyib.

“Heç nə təklif etmədən təhqir yağdıranlar var. Onlar son vaxtlar sülh və ya ölkənin gələcəyi ilə bağlı nə təklif ediblər? Rusiya-Belarus İttifaqı dövlətinə üzvlükdən başqa? (Gümrü meri Vardan Qukasyana işarə) Onlar hansı siyasəti təklif edirlər?”, - Simonyan sual edib.

Ermənistanda həbslər olub
Onun fikrincə, həbsxanada olanlara gəldikdə, Ermənistan hakimiyyəti hələ çox gecikib. Çünki “dəmir mandat”dan danışılanda və xalq bunun həyata keçirilməsini tələb edəndə cinayət törədən, sonra namizədliyini irəli sürənlər cəzalandırılmalı idilər. Bu məqamda Ermənistna parlamentinin spikeri may ayının sonunda saxlanılan Masis şəhərinin meri David Ambartsumyanı nəzərdə tutb.

Xatırladaq ki, oktyabrın 20-də Ermənistanın təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasında axtarışlar aparıb. Daha sonra rüşvət almaqda ittiham olunan şəhərin meri Vardan Qukasyanın və daha 7 məmurun saxlanıldığı bildirilib. Məhkəmə Qukasyana münasibətdə iki aylıq həbs-qətimkan tədbiri seçib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Simonyan   Rusiya   Belarus  



Xəbər lenti