Politico: “Aİ-nin 3 ölkəsi cəzalandırıla bilər”

      Politico:    “Aİ-nin 3 ölkəsi cəzalandırıla bilər”
  31 Oktyabr 2025    Oxunub:1128
Avropa Komissiyası (AK) Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına birtərəfli qadağaları saxlayan Polşa, Macarıstan və Slovakiyaya qarşı hüquqi tədbirlərin tətbiq olunmasını istisna etmir.
AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, müvafiq sualın cavabında AK-nin nümayəndəsi Olaf Cill “bütün variantlar nəzərdən keçirilir” deyib.

Xatırladaq ki, oktyabrın 29-da AK Ukrayna ilə düzəliş olunmuş Dərin və Hərtərəfli Azad Ticarət Zonasının (DCFTA) qüvvəyə mindiyini elan edib. Sənəd Aİ ölkələrinə Ukrayna kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın müəyyən növlərinin tədarükünə kvotaların tətbiqini nəzərdə tutur.

“Politico” nəşri Polşa, Macarıstan və nın öz daxili bazarlarını qorumaq üçün mövcud tədbirləri davam etdirmək niyyətində olduqlarını bildirdiklərini yazır.

Olaf Cill isə tam fərqli mövqe sərgiləyir.

- Biz bu milli məhdudiyyətləri davam etdirmək üçün heç bir əsas görmürük”, - AK təmsilçisi vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: AK   ölkələr   cəza  



Xəbər lenti