ABŞ Şərqi Avropadan çəkilir

   ABŞ Şərqi Avropadan çəkilir
  31 Oktyabr 2025    Oxunub:1292
ABŞ cari ilin dekabr ayının ortalarınadək Bolqarıstan, Macarıstan və Slovakiyada yerləşən qoşunlarının sayını azaltmağı planlaşdırır.
Bu barədə Ukraynanın ingilisdilli "Kyiv Post" qəzeti həmin ölkələrdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu proses tədrici şəkildə 2026-cı il ərzində də həyata keçiriləcək.

"Vaşinqton belə bir addım atmasına səbəb Avropanın NATO öhdəlikləri çərçivəsində öz hərbi xərclərini, beləliklə də, müdafiə qabiliyyətini artırmasıdır", – qəzetin müsahibləri söyləyiblər. ABŞ-nin adları çəkilən Şərqi Avropa ölkələrindən hansı sayda əsgərini çıxaracağı isə hələlik məlum deyil.

Xatırladaq ki, ötən günlərdə Rumıniyanın Müdafiə Nazirliyi ölkədəki ABŞ hərbi kontingentinin 1700-dən təqribən 1000 əsgərə endirildiyini vurğulayıb. Nazir İonuț Moșteanu nun verdiyi məlumata əsasən, Vaşinqton Avropadakı qoşunlarının sayını azaltmaqla hazırda əsasən Hind-Sakit okeanı regionuna diqqət ayırır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Avropa   qoşun   çəkilmə  



Xəbər lenti