Braziliyada yarasalarda yeni koronavirus növü tapılıb

Braziliyada yarasalarda yeni koronavirus növü tapılıb
  30 Oktyabr 2025    Oxunub:612
Braziliyada yarasalarda aşkarlanan yeni koronavirusu Rospotrebnadzor izləyir, insanlara ötürülmə riski isə aşağı qiymətləndirilir.

AzVision.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Braziliya alimləri həşərat yeyən yarasalarda yeni koronavirus növü - BRZ batCoV aşkar ediblər. Genetik analiz onun COVID-19-a səbəb olan patogenləri özündə birləşdirən beta-koronavirus cinsinə aid olduğunu müəyyən edib.

Braziliyalı tədqiqatçılar vurğulayırlar ki, hazırda yeni virusun insanlar üçün təhlükə yaratdığına dair heç bir dəlil yoxdur.

Bundan əlavə, bu genetik xüsusiyyət əvvəllər Amerika qitəsindən olan yarasa koronaviruslarında aşkar edilməyib ki, bu da onun müstəqil olaraq Cənubi Amerikada yarandığını göstərir.

AzVision.az



Teqlər:



Xəbər lenti