ABŞ-Çin ticarət müqaviləsi imzalana bilər

   ABŞ-Çin ticarət müqaviləsi imzalana bilər
  30 Oktyabr 2025    Oxunub:788
"Əminəm ki, Vaşinqton və Pekin ticarət sahəsində tezliklə ortaq məxrəcə gələcəklər".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində çinli həmkarı Si Tsinpinlə görüşünün yekununda mətbuata açıqlamasında dilə gətirib. O, jurnalistlərin müvafiq suallarına cavabında diqqətə çatdırıb ki, iki ölkə arasında bu sahədə "artıq hər hansı maneə qalmayıb".

Ümumiyyətlə, keçirdiyi görüşü yüksək qiymətləndirən Donald Tramp Çin mallarının ABŞ-yə idxal tariflərini 10% azaltdığını da bildirib. O, eyni zamanda, 2026-cı ildə Çinə səfərə yollanacağını da vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Çin   prezident   görüş  



Xəbər lenti