Politico: “Budapeşt “bədbin”lər alyansı yaratmaq istəyir”

      Politico:    “Budapeşt “bədbin”lər alyansı yaratmaq istəyir”
  28 Oktyabr 2025    Oxunub:1171
Macarıstan Çexiya və Slovakiya ilə birləşərək Avropa İttifaqında (Aİ) Ukraynaya skeptik yanaşanların alyansını formalaşdırmaq fikrindədir.
AzVision.az xəbər verir ki, Macarıstan baş nazirinin siyasi direktoru Balaj Orbana istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“Macarıstanın baş naziri Viktor Orban Aİ-nin dekabrda keçiriləcək sammitindən əvvəl Çexiyanın seçkilərdə qalib gəlmiş “Narazı Vətəndaşların Aksiyasi (NVA)” siyasi hərəkatının lideri Ancej Babiş və Slovakiyanın baş naziri Robert Fitso ilə Ukrayna ilə bağlı mövqelərini əlaqələndirməyə ümid edir”, - siyasətçi deyib.

Ukraynalı komandirin Macarıstana girişi qadağan olunub
Xatırladaq ki, Ukrayna münaqişəsi başlayandan bəri Macarıstan davamlı şəkildə Rusiyanın enerjidaşıyıcılarına qarşı sanksiyaların və Kiyevə silah verilməsinin əleyhinə çıxıb. 2022-ci ilin martında Macarıstan parlamenti ölkədən Ukraynaya silah daşınmasına qadağa qoyan qətnamə qəbul edib.

Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto bildirib ki, Budapeşt etnik macarların yaşadığı Transkarpatiya ərazisinin təhlükəsizliyini təmin etməyə çalışır. Çünki həmin ərazidən silah daşınması bu bölgəni qanuni hərbi hədəfə çevriləcək.

Rəsmi Budapeşt Macarıstanın sülh danışıqlarının mümkün qədər tez başlamasını dəstəklədiyini dəfələrlə vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Macarıstan   Ukrayna   alyans  



Xəbər lenti