Politico: “Kiyevin birgə maliyyələşdirilməsi təklifi var”

    Politico:    “Kiyevin birgə maliyyələşdirilməsi təklifi var”
  27 Oktyabr 2025    Oxunub:899
Avropa İttifaqı ölkələrinin Avropada dondurulmuş Rusiyanın suveren aktivlərindən istifadəsi yolu ilə “təzminat krediti” ilə bağlı razılığa gələ bilməyəcəyi halda, Avropa Komissiyası (AK) Ukraynaya dəstək üçün birgə on milyardlarla avro kredit ayırmağı təklif edə bilər.
AzVision.az xəbər verir ki, avropalı diplomatlara istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“Yaxın həftələrdə AK Rusiya aktivlərinin müsadirəsi ilə bağlı yeni təklifi, həmçinin Aİ ölkələri tərəfindən birgə borc maliyyələşdirməsi təşəbbüsünü nəzərdə tutan sənəd təqdim etməyi planlaşdırır. Mətn üçüncü variantı - Ukrayna üçün əlavə maliyyələşdirmədən imtina təklifini də nəzərdən keçirə bilər. Lakin belə mövqeni yalnız Macarıstan dəstəkləyəcək”, - qəzet yazır.

Nəşrin mənbələrinin sözlərinə görə, borc yükünün artırılması ideyası hələ də “təzminat krediti” ni Kiyevin maliyyələşdirilməsinin ən effektiv mexanizm sayan Aİ üzvlərinin əksəriyyəti arasında dəstək tapmayacaq.

Bu baxımdan, AK-nin sözügedən variantı Aİ ölkələrini “qorxutmaq” və onları Rusiya aktivlərinin müsadirəsinə sövq etmək üçün irəli sürə biləcəyi vurğulanır.

Xatırladaq ki, oktyabrın 23-də Aİ-nin Brüssel sammitində Rusiya aktivlərindən istifadə ilə bağlı razılıq əldə olunmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   maliyyə  



Xəbər lenti