Tramp Filippinə gizli səfər edib?
“Qiyamət təyyarəsi”nin Filippinə gəlməsinin səbəbi dəqiqləşdirilməsə də, bunun ABŞ prezidenti Donald Trampın Asiya turu çərçivəsində Yaponiyaya səfəri ilə eyni vaxta təsadüf etdiyi vurğulanır.
Qeyd edək ki, “E-4B” təyyarəsində nüvə hücumu zamanı ölkənin ali rəhbərliyi üçün komanda postu yerləşdirilib. Havada yanacaq doldurmaq imkanına malik olan təyyarə bir həftəyə qədər səmada qala bilir. Təyyarədə olan bütün avadanlıq nüvə partlayışının zərərli təsirlərindən qorunur. Bu tip təyyarələrdən ABŞ-nin 43-cü prezidenti Corc Buş 2001-ci il 11 sentyabr terror aktları zamanı istifadə edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


