İmamoğlu casusluqda təqsirli bilinib

   İmamoğlu casusluqda təqsirli bilinib
  27 Oktyabr 2025    Oxunub:955
Türkiyənin İstanbul şəhərinin sabiq bələdiyyə sədri, hazırda həbsdə saxlanılan Əkrəm İmamoğlu ötən günlərdə irəli sürülən siyasi casusluq ittihamı üzrə təqsirli sayılıb.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, eyni zamanda, Əkrəm İmamoğlunun keçmiş kampaniya rəhbəri Nəcati Özqan və "Tele 1" telekanalının sahibi Mərdan Yanardağ barələrində də məhkəmənin hökmü əsasında həbs qətimkan tədbiri seçilib.

Məhkəmə tərəfindən təsdiqlənən ittihama əsasən, Əkrəm İmamoğlunun rəhbərliyində fəaliyyət göstərmiş cinayət şəbəkəsi "prezidentliyə namizədlik üçün vəsait toplamaq məqsədilə" beynəlxalq dəstək toplamağa çalışıb, bu çərçivədə casusluq hərəkətləri də həyata keçirib. Şəbəkə bir sıra xarici ölkə kəşfiyyatı ilə əlaqə saxlayaraq onlara məxfi məlumatlar ötürüb.
İmamoğlu casusluqda təqsirləndirilir

Xatırladaq ki, oktyabrın 24-də Türkiyənin İstanbul Baş Prokurorluğu Əkrəm İmamoğlu və daha bir neçə şəxs barəsində casusluq ittihamı ilə istintaqa başlayıb. İttihama görə, Əkrəm İmamoğlu, Nəcati Özqan və Mərdan Yanardağ "xarici ölkələrin lehinə casusluq fəaliyyətində, varlanmaq məqsədilə cinayət təşkilatı qurmaqda" təqsirləndirilirlər

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   İmamoğlu   casus   həbs  



Xəbər lenti