Rusiyadan Vyetnama dəmir yolu çəkiləcək

   Rusiyadan Vyetnama dəmir yolu çəkiləcək
  27 Oktyabr 2025    Oxunub:1048
"Rusiya və Vyetnam iki ölkə arasında əlaqəni yaxşılaşdırmaq məqsədilə dəmir yolu xəttinin qurulması üzərində işləyir".
Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Malayziyada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) iclasında Vyetnamın Baş naziri Fam Min Çin ilə görüşdə dilə gətirib. O diqqətə çatdırıb ki, planlaşdırılan dəmir yolu xətti Monqolustan və Çin ərazisindən keçəcək.

Aleksey Overçuk bildirib ki, eyni zamanda, Rusiyanın uzaq şərqi ilə Vyetnamın limanları arasında da əlaqə qurulması üzrə işlər aparılır. O həmçinin Moskva və Hanoy arasında həm qazıntı yanacaqları, həm də nüvə enerjisi sahələrində əməkdaşlığın dəyişməz qaldığını vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Vyetnam   dəmir-yolu  



Xəbər lenti