PKK Türkiyədən çəkildi

PKK Türkiyədən çəkildi
  26 Oktyabr 2025    Oxunub:1230
PKK terror qruplaşması Türkiyə ərazisində bütün fəaliyyətlərini dayandırdığını bəyan edib.
AzVision.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PKK terror təşkilatı, lideri Abdullah Öcalanın çağırışı ilə 12-ci Qurultayında qəbul etdiyi qərar əsasında özünü buraxdığını və Türkiyədən tamamilə çəkildiyini açıqlayıb.

PKK-nın bəzi silahlı qruplarının artıq İraqın şimalına çatdığı, sərhəd bölgələrində isə mümkün toqquşmaların qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd olunur.



Xatırladaq ki, hələ 11 iyulda İraq Kürd Muxtar Vilayətinin Süleymaniyyə şəhərində keçirilən mərasimdə PKK üzvləri silahlarını oda atmışdılar. Silahlarını təhvil verənlər arasında təşkilatın rəhbər şəxslərindən biri Bese Hozat da olub.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti