Merts Türkiyəyə gedəcək

   Merts Türkiyəyə gedəcək
  24 Oktyabr 2025    Oxunub:1033
Almaniya Kansleri Fridrix Merts oktyabrın 29-da Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri nəzərdə tutulur.
Bu barədə Almaniya federal hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille yerli mətbuata açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, Kansler səfər çərçivəsində oktyabrın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək. Tərəflər qarşılıqlı əlaqələr və regional məsələlər barədə müzakirələr aparacaq, iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf perspektivlərini qiymətləndirəcəklər.

"Türkiyə Almaniya üçün xüsusi əhəmiyyətə malik ölkədir. Avropa İttifaqı səviyyəsində Türkiyə ilə daha yaxın münasibətlər qurmağa çalışırıq. Hazırda miqrasiya, təhlükəsizlik, energetika və ticarət sahələri üzrə dialoqumuz mövcuddur", - sözçü jurnalistlərə bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   kansler   Türkiyə   səfər  



Xəbər lenti