Bennon: “Tramp 3-cü müddətə hazırlaşır”
Sabiq müşavir, həmçinin ABŞ Konstitusiyasındakı bir şəxsin iki dəfədən artıq (ardıcıl və ya fasilələrlə) prezident vəzifəsində işləməsini qadağan edən 22-ci Düzəlişi şərh edib.
“Çox müxtəlif alternativlər var. Münasib vaxtda planımızı açıqlayacağıq. Ancaq bir plan var. 2016-cı ildə şansımız 2024-cü ildəkindən daha az idi. 2028-ci ildəki şansımız isə bundan çoxdur”, - Bennon bildirib.
Onun sözlərinə görə, Tramp Amerika prezidenti olacaq və ölkənin buna ehtiyacı var.
- Əgər Amerika xalqı mövcud mexanizmlərdən istifadə edərək Trampı vəzifəsinə qaytarsa, bu, Amerika xalqının Konstitusiyanı pozduğu anlamına gəlirmi? Bu, pozuntu olacaqmı? Amerika xalqı Konstitusiyanın ruhuna zidd hərəkət edirmi?”, - siyasətçi ABŞ-nin əsas qanundakı 22-ci Düzəlişə münasibətini bildirib.
Stiv Bennon diqqətə çatdırıb ki, Amerika xalqının iradəsi Konstitusiyanın təcəssümüdür. Bu baxımdan, Donald Trampın 2028-ci ildə qalib gəlib vəzifəsində qalmasının yeganə yolu Amerika xalqının iradəsidir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


