Macarıstan ABŞ-dan nüvə yanacağı alacaq
Onun sözlərinə görə, Budapeşt Rosatom korporasiyası tərəfindən tədarük edilən Rusiya yanacağı ilə yanaşı, Paks AES-ə Amerika nüvə yanacağının da tədarükünü təmin edəcək.
O, M1 telekanalına müsahibəsində xatırladıb ki, 1980-ci illərdə sovet mütəxəssisləri tərəfindən tikilmiş Paks AES hazırda fəaliyyətdədir, yeni Paks II AES-in tikintisi isə davam edir: "Daha çox nüvə yanacağına ehtiyac olacaq. Buna görə də, Rusiya tədarükçüləri ilə davam edən əlaqələrimizə əlavə olaraq, biz ABŞ-dan nüvə yanacağının tədarükü imkanlarına dair danışıqlara başlayırıq”.
Nazir hesab edir ki, bu, nüvə enerjisi sahəsində "Macarıstan-Amerika əməkdaşlığının inkişafında çox mühüm addım" olacaq.
Eyni zamanda, nazir vurğulayıb ki, Paksa nüvə yanacağı tədarükünün şaxələndirilməsi Rosatom ilə “mövcud təchizatçı əlaqələrindən imtina demək deyil”: “Rusiya ilə mövcud təchizat əlaqələrimizə əlavə olaraq, biz genişlənmiş nüvə potensialımıza təhlükəsiz xidmət göstərmək üçün ABŞ-dan nüvə yanacağının alınması ilə bağlı danışıqlara başlayırıq”.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan nüvə yanacağının alınmasına məhdudiyyət qoymağa hazırlaşır. Macarıstanın son addımı bu varianta hazırlıq kimi qiymətləndirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


