Paşinyan İlham Əliyevə öz təşəkkürünü bildirib

   Paşinyan İlham Əliyevə öz təşəkkürünü bildirib
  22 Oktyabr 2025    Oxunub:993
Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə öz təşəkkürünü bildirib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, o bu barədə Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı danışıb. Nikol Paşinyan həmçinin Baş nazir Əli Əsədova da təşəkkür edib.

Xatırladaq ki, dünən Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud bütün məhdudiyyətləri aradan qaldırdığını deyib:

"Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   tranzit   təşəkkür  



Xəbər lenti